Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:00

Özünü yandıran Nizami Kərimovun vəziyyəti ağırdır


-
Yevlaxda özünü yandıraraq intihara cəhd edən ikinci qrup əlil Nizami Kərimovun vəziyyəti ağır olaraq qalır.

5 saylı xəstəxananın yanıq şöbəsindən AzadlıqRadiosuna verilən məlumata görə, iki gün əvvəl Bakıya gətirilən xəstə hələ də reanimasiyadadır. Şöbə müdiri Vüqar Ələkbərov:

"Bura gətirilən kimi lazımi müdaxilələri etdik, ancaq, bədənin 70 faizi yandığından, baş, boyun, gövdə və üz tamamən 3-cü dərəcəli yanıq olduğundan hələki həyati təhlükəsi davam edir".

Nizami Kərimov yanvarın 27-i səhər saatlarında özünü Yevlax rayon Sosial Müdafiə Mərkəzinin binası qarşısında yandıraraq intihara cəhd edib. Əlilin dediyinə görə, sosial yardımla bağlı müraciətlərinə müsbət cavab ala bilmədiyi üçün belə addım atıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG