Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:19

“Biz Soçi Olimpiyadasından medal gözləmirik”


-
“Biz Soçi Olimpiya oyunlarında iştirak edəcək idmançılarımızın ancaq 10-luğa düşəcəyinə ümidliyik”.

Bunu AzadlıqRadiosuna Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

Onluğa düşəcək idmançılara mükafat veriləcəkmi sualına, Çingiz Hüseynzadə deyib ki, pul mükafatı ancaq medal qazanan idmançılara verilir.

“Bütün olimpiya oyunları ilə bağlı mükafatlandırma eynidir. Prezidentin sərəncamı var. Qızıl medal alanlara 400 min, gümüş medala 200 min, bürünc medala isə 100 min manat mükafat nəzərdə tutulur. Amma biz Soçi Olimpiyadasından medal gözləmirik. İdmançılarımız 10-luğa düşsə müəyyən mükafat verilə bilər, amma rəsmi dövlət mükafatı ancaq medal qazananlara verilir”.

Azərbaycan Soçi qış Olimpiya oyunlarına 4 idmançı göndərir. İdmançıların hamısı əcnəbi vətəndaşlardır.

Günün bütün mövzuları

XS
SM
MD
LG