Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:37

Fevralda hava anomal soyuq keçəcək


-
Fevral ayının əvvəlində Azərbaycanda hava şəraitinin anomal soyuq keçəcəyi gözlənilir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yanvarın 30-da yaydığı məlumatda deyilir.

Qeyd olunur ki, ayın ortalarında temperatur rejiminin normaya yaxın, üçüncü ongünlükdə isə xeyli tərəddüdlü olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasından bir qədər çox, bəzi rayonlarda isə normaya yaxın olacağı ehtimal olunur.

Fevral ayında ən güclü şaxtalar Naxçıvan Muxtar Respublikasında gözlənilir. Ayın bəzi günlərində muxtar respublikada 20-25 dərəcə şaxta gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG