Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:08
-
Naxçıvanda həbs olunan Müsavat Partiyası yerli təşkilatının fəalı Mehdi Niftəliyev azadlığa buraxılıb. Bu haqda partiyanın yerli təşkilatından məlumat veriblər. Müsavatçı fəalın tamam, yaxud hər hansı şərtlə azadlığa buraxılması haqda hələlik məlumat yoxdur.

Mehdi Niftəliyev ötən il noyabrın 24-də Culfa gömrük məntəqəsində saxlanılmışdı. Naxçıvan Milli Təhlükəsizlik Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin birgə yaydığı məlumatda onun üzərindən narkotik tapıldığı qeyd olunurdu.

Faktla bağlı cinayət işi başlanılmışdı. Naxçıvan şəhər məhkəməsinin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilmişdi. Mehdi Niftəliyev Naxçıvan Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılırdı.
XS
SM
MD
LG