Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:15

Amerikalılar Justin Bieber-in ölkədən deportasiya olunmasını istəyir


-
100 mindən çox adam kanadalı müğənni Justin Bieber-in ABŞ-da yaşayış hüququndan məhrum edilməsi və ölkədən deportasiya olunması və ilə bağlı Ağ Evin saytındakı petisiyaya imza atıb.

Qüvvədə olan qaydaya görə, Amerika hökuməti məsələyə rəsmi şəkildə baxıb petisiya iştirakçılarına cavab verməlidir.

19 yaşlı kanadalı müğənni ilə bağlı petisiya onun içkili vəziyyətdə yaşayış məntəqəsində sürətlə avtomobil sürdüyü üçün saxlanmasından sonra başlayıb.

Ötən həftə saxlanan müğənni cərimə olunmaqla sürücülük hüququndan da məhrum edilə bilər. Bundan başqa polis Bieber-in yaşadığı ünvanda da araşdırmalara başlayıb.

Qonşularından polisə edilən şikayətə görə, müğənni dostları ilə bilikdə əylənmə xatirinə onların evlərinə yumurta atıblar.

Petisiyada qeyd olunur ki, Justin Bieber-in fəaliyyəti ictimai təhlükəsizliyə təhlükədir və müğənninin özünü belə aparması gənclərə pis təsir edir.

Baş verən hadisədən sonra Justin Bieber ABŞ-ı tərk edib. Hazırda Kanadada olan müğənniyə öz ölkəsində başqa bir qanun pozuntusi ilə bağlı ittiham irəli sürüldüyü bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG