Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:30

32 rayonu içməli su ilə təmin etmək üçün 15 milyon manat ayrıldı


-
İlham Əliyev prezidentin ehtiyyat fondundan Meliorasiya və Su Təsərrüfatı Cəmiyyətinə 15 milyon manat vəsait ayrılması barədə sərəncam verib.

Prezidentin internet səhifəsində yer alan sərəncamda qeyd olunur ki, ehtiyyat fondundan ayrılan büdcə vəsaiti 32 rayonun 223 yaşayış məntəqəsininin içməli suya təlabatını ödəyəcək 250 subartezian quyusunun qazılmasına yönəldiləcək.

Sərəncamda indiyə qədər bu sahədə görülən işlərdən söz açılır. Qeyd edilir ki, ötən il prezidentin ehtiyat fondundan ayrılmış vəsait hesabına 29 rayonun 104 yaşayış məntəqəsində 107 subartezian quyusu qazılıb, 150 min hektar torpaq sahəsinin su təminatını yaxşılaşdıracaq Taxtakörpü su anbarı istifadəyə verilib.

Hazırda tikintisi davam edən Şəmkirçay su anbarının istismara verilməsindən sonra 50 min hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşacağı və əlavə 20 min hektar torpaq sahəsinin əkin dövriyyəsinə daxil ediləcəyi vurğulanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG