Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:16
Reuters agentliyinin yaydığı xəbərə görə Vaşinqton Ukraynadakı zorakılıqlar dayandırılmazsa, bu ölkənin iqtidarı və müxalifətinə qarşı maliyyə sanksiyaları verə bilər.

Agentlik Obama administrasiyasının belə sanksiyaları artıq hazırladığı barədə məlumatları adlarının çəkilməsini istəməyən Konqres rəsmilərindən alıb.

Kiyevdə və Ukraynanın başqa şəhərlərində keçirilən etirazlarda indiyədək azı 6 nəfərin həlak olduğu bildirilir.

Xəbər verilir kİ, Vaşinqton artıq son hadisələrlə bağlı bəzi Ukrayna rəsmilərinin ABŞ vizalarını ləğv edib.

Bundan əvvəl vise-prezident Joe Biden Ukrayna prezidenti Yanukovich-lə azı üç dəfə telefonla danışıb.

Konqresin Xarici Əlaqələr Komitəsi çərşənbə günü Ukraynada tərəfləri zorakılıqdan çəkinməyə çağıran qətnamə qəbul edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG