Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:15

Türkiyə daha qonşularına örnək deyil


Bir zamanın müttəfiqləri Fethullah Gülen və Recep Tayyip Erdogan
Bir zamanın müttəfiqləri Fethullah Gülen və Recep Tayyip Erdogan
-
Vashington-dan yazır


Bir aydır ki, Türkiyədə çoxlarının yuxusuna haram qatan siyasi “zəlzələnin” nə zaman səngiyəcəyini proqnozlaşdırmaq çətin olsa da, bir mənzərə kənardan baxanlara aydın görünür: Türkiyə daha əvvəlki kimi, “örnək qonşu” deyil!

Vaşinqtonda Türkiyə üzrə ixtisaslaşan təhlilçilər baş nazir Recep Tayyip Erdoğan-ın hökuməti ilə dünənədək canbir olduğu Camaat və yaxud Gülən hərəkatı arasında baş qaldıran ixtilafın mümkün regional təsirlərini Azadlıq radiosuna belə şərh ediblər.

"İmic zədələnib"

Brookings Institutunun türkəsilli əməkdaşı, Johns Hopkins Universitetinin professoru Omər Taşpınara görə, Türkiyənin regional model imicinə artıq “ciddi zədə dəyib.”

Təhlilçinin fikrincə, Türk modeli, belə görünür ki, tezlklə “unudula bilər:

"İndi daha Türkiyəni qonşularına örnək göstərmək çətin olacaq.

Bir vaxtlar regionda “işlək demokratiya” sisteminin pioneri olmuş və Avropaya inteqrasiya yolunun yarısını qət etmiş bir ölkə təəssüf ki, yuxarıdan yoluxduğu avtoritarizmin qarşısında acızdır, - deyə Taşpınar vuğrulayıb.

"Demokratiya", - deyə o fikrini davam etdirib, - “artıq geriləyir və yerini tədricən seçilmişlərin hökmranlığına verməkdədir.” Söhbət səs üstünlüyü ilə hakimiyyəti əlində saxlamağa müvəffəq olmuş Erdoğan hökumətinin istədiyini edə bilmək sevdasından gedir.

Taşpınara görə, belə getsə, Türkiyə və onun demokratiyası haqqında "dünənədək bildiklərimızin çoxunu unutmalı olacağıq".

Məsələn, qanunun aliliyinin onilliklərlə mühafizə edildiyi bir ölkədə baş nazir – ruhani lider qarşıdurması o boyda polis və məhkəmə sistemlərini necə qarşı-qarşıya qoya bilər axı?
Ömər Taşpınar
Ömər Taşpınar

Bu suala ən mürəkkəb cavabı isə elə Erdoğan öz verib; xarici qüvvələri ölkədə qarşıdurma yaratmaqda günahlandırmaqla. Özü də Ankaranın regional siyasətdə ciddi şəkildə axsadığı bir vaxtda.

Belə ki, Yaxın Şərqdə artan gərginlik Türkiyənin iradəsindən kənarlaşmağa başlayıb, Ankara hələ də İran, Rusiya və Qərb üçbucağı arasında var-gəl etməkdədir. Ərdoğanın bu günlər Tehrana səfəri və şiə mollalarla istiləşən münasibətləri Vaşinqtonu, üzə vurmasa da, narahat edir.

Qafqaza gəldikdə, son illərə qədər Türkiyənin məsələn, Azərbaycanla əlaqələrində gülənçilər xüsusi rol oynayırdılar. İki ölkə məhz “Camaat”ın səyləri sayəsində hətta 2009-ci ilin Sürix protokolları böhranını aşa bildi. Türk diasporu və gülənçi iş adamları təkcə sabiq Sovet coğrafıyası boyunca deyil, Qərb paytaxtlarında da Erdoğan hökumətinin siyasətinin qarantına çevrilmişdilər.

Haçalanmış xarici siyasət

Bəs indi nə olacaq? Gülənçilər Ankara xarici siyasətinin arxasından çəkilərək, mərkəzə qarşı yeni cəbhə açacaqlar, yoxsa Türkiyənin müttəfiqləri ilə münasibətlərini üstün tutacaqlar?
Iran -- İran prezidenti Hassan Rohani Türkiyənin baş naziri Recep Tayyip Erdoganı (solda) qəbul edir, Tahran, 29 yanvar, 2014
Iran -- İran prezidenti Hassan Rohani Türkiyənin baş naziri Recep Tayyip Erdoganı (solda) qəbul edir, Tahran, 29 yanvar, 2014

Bu suala birbaşa cavab vermək çətin olsa da, ötən həftə Vaşinqtonda keçirilən bir tədbir çoxlarının diqqətini cəlb etdi, belə ki, “Camaat”ın maraqlarının təmsilçisi rolunda çıxış edən Rumi Forumunun rəhbəri Erdoğan hakimiyyətinin daxili siyasətini o ki var, “yıxıb-sürüdü.”

“Kim olur-olsun, Türkiyə siyasətində korrupsiyaya aman yoxdur – ortada ciddi ittihamlar var və baş nazir, eləcə də onun komandası istintaqa mane olmadan qanun qarşısında cavab verməlidirlər,” deyə gülənçi bildirib.

Maraqlıdır, görəsən xarici siyasətdə də Gülən hərəkatı ilə Erdoğan hakimiyyəti yanaşmaları bu qədər haçalanıb?

Vaşinqtonda mənzillənən Alman Marshall Fondunun əməkdaşı, dövlət katibinin sabiq məsləhətçisi Joshua Walkerə görə, əslində Türkiyənin maraqlarını uzun müddət xaricdə çiyin-çiyinə müdafiə edən erdoğançılarla gülənçılərin xarici siyasətə yanaşmaları həmişə fərqlənib, belə ki, birincilər konkret ölkələrdə əsasən Ankaranın maraqları və beynəlxalq siyasi reallıqların diqtə etdiyi diplomatiyanı, ikincilər isə daha çox o ölkələrdə yaşadıqları üçün, yerli siyasi reallıqları əldə əsas tuturdular.

“Unutmayaq ki, Gülən hərəkatı Türkiyədən gəlsə da, Türkiyəninki deyil” - deyə o, vurğulayıb.

Lakin bir çoxları, məsələn Carnegie Mərkəzindən Sinan Ülgən deyir ki, o elə məhz bunu unutmaq istəyir. Türkiyənin xarici siyasəti fərdlərin, regionun yox, onun öz maraqlarına fokuslanmalıdır, xüsusilə də hadisələrin sürətlə cərəyan etdiyi Yaxın Şərqdə.

Hərçənd, o əlavə edir, 2011-ci ildə AKP-nin üçüncü dəfə seçkiləri təkbaşına qazanmasndan sonra Türk diplomatiyası regionda daha abmisiyalı yanaşma nümayiş edirib ki, bu da, onun tərəf tutması təəssüratı yaradıb.

Ədavət qızışa bilər

Beynəlxalq əlaqələr üzrə Lehigh Universitetinin Türkiyə üzrə təhlilçisi Henri Barkeyə görə isə, son həftələr Ankarada baş verənlər Türkiyənin əsasən daxili siyasətində ədavət elementlərini qızışdıra bilər, xaricilər bunu bəzən üzdə hiss etməsələr də.

"Belə ki, hazırkı siyasi böhran, onun fikrincə, qarşıdan gələn seçkilərə hesablanıb və bu, Erdoğanın regional və beynəlxalq imicini risk altında qoyur. Amma hakim elita üçün ümid pəncərəsi hələ tam bağlanmayıb", - deyə o dərhal əlavə edib.

Erdoğanın artan tərəfdarları bələdiyyə seçkilərindən hakim qüvvə kimi çıxsalar, bu, Türkiyəni hər iki cəbhədə -- həm xaricdə, həm də daxildə mərkəzləşdirilmiş siyasətə yönəldəcək.

Yox əgər AKP bu seçkidə itki versə, vay türk siyasətinin halına…
XS
SM
MD
LG