Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:07
-

“Oscar” mükafatı deyəndə ilk növbədə göz önünə bədii filmlər gəlir.

Amma bu il bu nüfuzlu mükafata təqdim edilən sənədli filmlər də onlardan geri qalmır. Bəziləri şoka salır, bəziləri heyran edir, bəziləri sadəcə, bixəbər olduqlarımızı danışır…

Beləliklə, bu ilki mükafata namizəd olan 5 tammetrajlı sənədli film:


1. “Qətl aktı” (The act of killing). 1960-cı illərdə İndoneziyada siyasi qətliamlar təxminən 1 milyon insanın ölümü ilə nəticələnmişdi. Həmin faciə nədənsə dünya ictimaiyyətinin diqqətini çox çəkməmişdi. Qətliamı törədənlər nəinki indiyəcən mühakimə edilməyib, hətta indi də əməlləri ilə öyünür, nəvələrinə həmin qətllərdən qəhrəmanlıq nümunəsi kimi danışırlar. Rejissor Joshua Oppenheimer görəndə ki, qətliam qurbanlarının yaxınları kameraya danışmaqdan qorxur, “qəhrəmanları” danışdırıb. Onların davranışı, baş kəsməklə lovğalanması izaholunmazıdır...



2. “Küti və Boksçu” (Cutie and the Boxer) Rejissor: Zachary Heinzerling
Amerikada rəsm almağa bir ətək pul xərcləməyə hazır adamlar az deyil. Amma Nyu-Yorkun öz sənətçilərinə gələndə… Onlardan bəziləri hətta gündəlik çörək pulunu zorla qazanır. Məsələn, Ushio Shinohara və onun arvadı Noriko kimi. Filmin qəhrəmanı olan Ushio rəsmlərini boks əlcəyi geyərək çəkir. Əlcəkləri boyaya batırır və divarı döyəcləməyə başlayır…

40 ildir ki, onlar bir yerdədirlər. Amma 80-i haqlasalar da yorulmadan çalışırlar...



3. “Çirkin savaşlar” (Dirty wars) filmini araşdırmaçı jurnalist Jeremy Scahill çəkib. Film Amerika ordusunun Əfqanıstandan Yəmənə qədər həyata keçirdiyi məxfi, mətbuatdan gizli saxlanan əməliyyatları, həmin əməliyyatlar zamanı öldürülən insanlardan bəhs edir.



4. Misir əsilli Amerika rejissoru Jehane Noujaim-ın çəkdiyi “Meydan” (The Square”) filmi 30 il diktatorluq etmiş Hüsnü Mübarəkə qarşı ilk etirazların kimlər tərəfindən təşkil edilməsindən, hakimiyyətə gələn “Müsəlman qardaşlığı” təşkilatının niyə Mübarəkin yolu ilə getməsindən, onun istifadə etdiyi zorakı metodlara əl atmasından, sonda islamçı prezidentin ordunun təşəbbüsü ilə necə devrilməsindən bəhs edir...

5. "Ulduz olmağın 20 futluğunda" (Twenty Feet From Stardom) Rejissor: Morgan Neville.

Film bək-vokalçılar haqdadır. Onlar məşhur müğənnilərin bir neçə metrliyində dayanıb səsləri ilə onlara yardımçı olurlar, amma bu şöhrətdən onlara pay düşmür. Diqqətdən kənarda qalırlar. Əlbəttə ki hamısı yox. Bəziləri həmin 20 futu, 6 metri iradələri və istedadları gücünə qət edib özləri də uduza çevrilirlər…

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG