Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:12

Bu il «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda hasilat azalacaq


Azerbaijan -- oil production in Azeri-Chyrag-Guneshli platform

Azerbaijan -- oil production in Azeri-Chyrag-Guneshli platform

Ötən il «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda ümumilikdə 32,5 mln. ton neft hasil edilib.

«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında layiənin operatoru BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Gordon Birrel deyib.Onun sözlərinə görə, bu göstərici əvvəlki illə eynidir.
“Bu il gözlənilən hasilatın həcmi isə hələlik bəlli deyil və «BP-Azerbaijan» şirkəti bunu Azərbaycan Dövlət Neft Şirkəti ilə razılaşdırmalıdır. Düşünürük ki, bu rəqəm 2013-cü ildəkindən az olacaq”.

Gordon Birrel bildirib ki, hasilatın azalması AÇG blokunda istismar olunan 2 platformanın bağlanması ilə bağlıdır.
«Bu il «Mərkəzi Azəri» və «Qərbi Azəri» dəniz platformalarının fəaliyyəti tam dayandırılacaq. Quyulardan daha yaxşı və keyfiyyətli neft çıxarmaq üçün buna böyük ehtiyac var. Bu platformaların nə vaxt dayandırılacağı ictimaiyyətə açıqlanacaq. Amma hesab edirik ki, bu platformalar az müddətə bağlanacaq ».

Günün bütün mövzuları

XS
SM
MD
LG