Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:34

Elman Abdullayev: "ABŞ “Dağlıq Qarabağ” adlı respublika tanımır"


Elman Abdullayev
Elman Abdullayev
Azərbaycanın Xarici İşlər Nazirliyi ABŞ-ın Los Anceles Şəhər Şurasının separatçı Dağlıq Qarabağ rejiminin müstəqil dövlət kimi tanınması ilə bağlı qətnamə qəbul etməsinə münasibət bildirib.

Nazirliyin mətbuat katibi Elman Abdullayev bildirib ki, bundan əvvəl erməni lobbisi ABŞ-ın Haylend Şəhər Şurasında da bənzər qərar qəbul etdirib, amma bu absurddur.Çünki ABŞ-ın mövqeyi aydındır ,ABŞ “Dağlıq Qarabağ” adlı respublika tanımır və Azərbaycanın ərazi bütövlüyünü qəbul edir.

Elman Abdullayev bildirib ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu məsələ ilə bağlı Şəhər Şurasına rəsmi etirazını bildirəcək.
XS
SM
MD
LG