Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:48

Rusiya Ukraynaya yardımı dayandırıb


Vladimir Putin
Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin hökumətə Ukraynada yeni hökumət yaradılanadək bu ölkəyə 15 milyard dollarlıq yardım paketinin dayandırılmasını göstəriş verib.

Amma o ölkəsinin bu kredit və qazın qiymətinin ucuzlaşdırılması ilə bağlı Ukrayna ilə əldə olunmuş razılaşmanın şərtlərini yerinə yetorməyə hazır olduğunu qeyd edib.Rusiya artıq bu məbləğin 3 milyardını köçürüb.

Putin çərşənbə axşamı Brüsseldə vəd etmişdi ki, əgər Ukraynada yeni hökumətə müxalifət nümayəndələri gəlsə belə, Moskva kredit razılaşmasına yenidən baxmayacaq.

Ukrayna hökumətinin ötən ilin noyabrında Avropa Birliyi ilə asosasiya sazişi imzalamaqdan imtina eləməsi və əvəzində iqtisadi böhrandan yayınmaq üçün Rusiya ilə belə bir sövdələşməyə getməsi ölkədə kütləvi etirazlara səbəb olub.

Ukrayna prezidenti Viktor Yanukovych dünən hökumətin istefasını qəbul edib.
Müxalifətlə hakimiyyıt razılığa gəlməyə çalışırlar.
XS
SM
MD
LG