Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:40
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin ailə üzvləri ilə görüşünə icazə verilib.

Bu barədə vəkili Elçin Sadıqov məlumat verib.O yanvarın 28-də Anar Məmmədli ilə görüşüb.Elə həmin gün prokurorluqdan ona zəng vuraraq görüşlə bağlı qaldırdığı vəsatətin təmin olunduğunu bildiriblər.

Anar Məmmədli ötən il dekabrın 16-da həbs olunub.O, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və vergidən yayınmaqda ittiham olunur.

Anar Məmmədli ittihamları rədd edir və həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG