Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:17

Əli Həsənov: "Rəsulzadənin yubileyi layiqli səviyyədə qeyd olunacaq”


Əli Həsənov

Əli Həsənov

“Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi ilə bağlı müvafiq qurumlara lazımı tapşırıqlar verilib. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri kimi Rəsulzadənin yubileyi layiqli səviyyədə qeyd olunacaq”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.O qeyd edib ki, yubileyin keçirilməsi ilə bağlı proqram mövcuddur və ona uyğun olaraq tədbirlər həyata keçirilir.

Əli Həsənov qeyd edib ki, bununla bağlı Türkiyədə keçiriləcək tədbirələrə də Azərbaycandan dövlət səviyyəsində nümayəndə heyəti göndəriləcək.

Qeyd edək ki, prezident İlham Əliyev ötən il dekabrın 22-də, Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubleyinin keçirilməsi barədə, sərəncam imzalayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG