Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:54

Keçmiş Ukrayna prezidenti ölkənin vətəndaş müharibəsi həddində olduğunu deyir


 Leonid Kravchuk
Leonid Kravchuk
Keçmiş Ukrayna prezidenti Leonid Kravchuk parlamentdə bildirib ki, ölkə vətəndaş müharibəsi həddində olduğundan deputatlar məsuliyyətlə hərəkət etməlidir.

Parlament bu gün nümayişlər zamanı saxlanan aksiyaçılara amnistiya məsələsini müzakirə edir.Müxalifət heç bir şərtsiz amnistiya elan edilməsini təkid edir.Hakimiyyət isə deyir ki, bu yalnız aksiyaçıların küçə və hökumət binalarından çəkilməsindən sonra mümkündür.

Hazırda həbsdə olan keçmiş baş nazir Yulia Tymoshenko müxalifəti tələblərindən çəkinməməyə çağırıb.Onun bu çağrışını çərşənbə axşamı Kiyevdə keçiridiyi mətbuat konfransında qızı Yevheniya Tymashenko oxuyub.

Müxalifət həmçinin prezidentin səlahiyyətlərinin məhdudlaşdırılmasını istəyir. “Zərbə” partiyasının lideri Vitali Klitschko müstəqillik meydanında aksiyaçılar qarşısında çıxış edərkən deyib ki,hakimiyyət bir nəfərin əlində olmamalıdır, biz 2004-cü ilin konstitusiyasına dönməliyik.

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Catherine Ashton və genişlənmə məsələləri üzrə komissarı Stefan Fuele hazırda Kiyevdədirlər.Onlar münaqişənin həllində vasitəçi olmaq istəyirlər.

Rusiya prezidenti Vladimir Putin isə dünən Brüsseldə Avropa rəsmilərini Ukraynadakı böhranı dərinləşdirməyə cəhdə günahlandırıb.

Ukrayna prezidenti Yanukovych dünən hökumətin istefasını qəbul edib.Bundan başqa parlament nümayişlərlə bağlı bu günlərdə qəbul edilmiş sərt qanunları ləğv edib.

Ukraynanın ötən ilin noyabrında Avropa Birliyi ilə asosasiya sazişi imzalamaqdan imtina eləməsi ölkədə kütləvi etirazlara səbəb olub.
XS
SM
MD
LG