Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:55
Şərq Qapısı 23 yanvar 2014

Qış mövsümünün sərt keçməsinə baxmayaraq, Naxçıvanda heç bir problem yoxdur

...İndi ilin bütün fəsillərində, soyuq qış aylarında da naxçıvanlılar heç bir çətinliklə üzləşmirlər. Hər il Naxçıvan Muxtar Respublikası Ali Məclisində payız-qış mövsümünə hazırlıq məsələlərinin müzakirə edilməsi, bu istiqamətdə görülən işlərin təhlili, qarşıda duran vəzifələrin müəyyən olunması artıq bir ənənə şəklini almışdır. 2013-cü il avqust ayının 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2013-2014-cü ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə müxtəlif aidiyyəti sahələr üzrə payız-qış mövsümünə hazırlığın vəziyyəti müzakirə edilmiş, qarşıda duran vəzifələr müəyyən olunmuşdur. Ötən dövr ərzində həyata keçirilən tədbirlər öz bəhrələrini vermişdir. Qış mövsümündə Naxçıvan şəhəri və rayon mərkəzlərindəki ictimai yaşayış binaları, idarə və müəssisələr, təhsil, səhiyyə və digər sosial obyektlər, fərdi mənzillər fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz, su, istilik və digər kommunal xidmət növləri ilə tam təmin edilir.

Həyata keçirilmiş və davam etdirilən tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikanın bütün emal və istehsal müəssisələrinin, idarə və təşkilatlarının, ali, orta ixtisas və ümumtəhsil məktəblərinin, səhiyyə ocaqlarının fasiləsiz fəaliyyəti təmin edilmişdir. İctimai yaşayış binalarında, fərdi mənzillərdə əhalinin enerji, istilik və mavi yanacağa olan tələbatı yüksək səviyyədə ödənilir. Bütün bunlar belə deməyə əsas verir ki, 2014-cü ilin qış mövsümü də uğurla başa çatacaq.

Şərhləri göstər

XS
SM
MD
LG