Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:32
-
Bakı tamaşaçıları əfsanəvi «Yunona və Avos» rok-operasını görmək imkanı qazanacaqlar.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, Aleksey Rıbnikovun teatrı «Yunona və Avos» rok-operası ilə Bakıya qastrol səfərinə gəlir.

Tamaşa yalnız bir gün-mayın 31-də, saat 19:00-da Heydər Əliyev Sarayında nümayiş olunacaq.

«Yunona və Avos»un yaradıcıları Rusiya Federasiyasının xalq artisti, Dövlət Mükafatı laureatı, bəstəkar Aleksey Rıbnikov və şair Andrey Voznesenskidir.

Opera rus dini musiqisi, xalq folkloru, kütləvi «şəhər musiqisinin» janrları, modern musiqi nümunələri ilə bəstəkarın ideya-estetik prioritetlərinin vəhdətindən yaranıb.
«Yunona və Avos» rok-operasının quruluşçu rejissoru Rusiyanın ən yaxşı musiqili teatr rejissorlarından biri kimi tanınan, teatr, televiziya və konsert proqramlarındakı uğurlu işləri ilə məşhur olan Aleksandr Rıxlovdur.

Rok-operanın vokal nömrələrini Rusiya Federasiyasının əməkdar artisti, Rıbnikovun operalarında, həmçinin sovet kinosunun şlyagerlərində əsas partiyaların ifaçısı məşhur aktrisa Janna Rojdestvenskaya ifa edir.

«Buratino», «Prodüserlər» kimi müzikllərin xoreoqrafı Janna Şmakovanın quruluşunda təqdim olunan mükəmməl rəqs nömrələri sənət əsərinin daha da maraqlı və baxımlı olmasına təminat verir.

Aleksey Rıbnikovun teatrının quruluşunda «Yunona və Avos» rok-operası artıq Rusiyada, Ukraynada, Qazaxıstanda, Fransada, İsraildə və digər ölkələrdə nümayiş olunub və böyük uğur qazanıb.

Xəbəri yayan qaynaq əmindir ki, teatrın Bakı qastrolu da uğurla keçəcək və ölkənin mədəni həyatında hadisəyə çevriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG