Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:11

Bakıda qoşqulu, ağır çəkili avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq


-
Bakıda günün işıqlı vaxtlarında qoşqulu və yarımqoşulu, iriqabaritli və ya ağır çəkili avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri ərazisində hərəkətin təhlükəsizliyinin təmin edilməsi, rahat, fasiləsiz hərəkətin təşkili məqsədilə paytaxtın inzibati ərazisindəki yollar müayinə edilərək müşahidələr və təhlillər aparılıb. Nəticədə qərara alınıb ki, paytaxtın inzibati ərazisində bu tipli avtomobillərin hərəkəti yalnız icazə verilmiş küçə və prospektlər üzrə axşam saat 21:00-dan səhər 8:00-dək nəzərdə tutulsun.

Qeyd olunur ki, artıq yol polisləri tərəfindən bu tipli avtomobillərin mütəmadi hərəkət etdiyi yollar nəzarətə götürülüb. Bununla bağlı gömrük postlarına da müvafiq tapşırıqlar verilib. Yük avtomobilləri gömrük postuna daxil olandan sonra onların orada saxlanması üçün müvafiq şərait yaradılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG