Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:40

BŞİH Müsavata Əmircanı və Qaraçuxuru təklif etdi


-
Müsavat Partiyasının Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubiley tədbirinin keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə etdiyi müraciətə cavab verilib.

Müsavat Partiyası 16 yanvar 2014-cü il tarixində müraciət edərək Azərbaycan Xalq Cümhuriyyətinin banisinin yubiley tədbirinin keçirilməsi üçün Bakı şəhərində yerləşən 500 nəfərin iştirak edə biləcəyi toplantı zalının ayrılmasını istəyib. Tədbirin 30 yanvar tarixində keçirilməsi nəzərdə tutulub.

Bakı Şəhər İcra Hakimiyyətinin cavab məktubunda tədbirin keçirilməsi üçün Əmircan və Qaraçuxur qəsəbələrindəki mədəniyyət evlərini təklif edilib.

Müsavat partiyasının yaydığı bəyanatda bildirilir ki, araşdırmalardan sonra bəlli olub ki, Əmircan qəsəbəsində yerləşən mədəniyyət evinin istilik sistemi normal fəaliyyət göstərmir.

"CÜZİ ŞƏRAİTİN BELƏ OLMADIĞI YERLƏR TƏKLİF ETMƏKLƏ..."

Partiya iddia edir ki, bütün bunlar M.Ə.Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında ölkə başçısının sərəncamının deklarativ xarakter daşıdığını təsdiq edir:

“Hakimiyyət nəinki Rəsulzadənin yubiley tədbirlərini keçirmək fikrindədir, əksinə belə bir tədbiri keçirmək təşəbbüsü irəli sürən Müsavat Partiyasına müvafiq toplantı zalı ayırmaqdan dolayısıyla imtina edir və ya bu tədbirin keçirilməsi üçün cüzi şəraitin belə olmadığı yerlər təklif etməklə Rəsulzadəyə və Cümhuriyyət dəyərlərinə ögey münasibətini ortaya qoyur.

Onu da qeyd edək ki, yubiley tədbirlərinin keçirilməsi üçün Beynəlxalq Mətbuat Mərkəzinə olan müraciətimizə, əvvəlcə heç bir problem olmayacağı deyilsə də, sonradan yer ayrılmasından imtina edilməsi də hakimiyyət tərəfindən Rəsulzadəyə sayğısızlığın başqa bir təzahürüdür”.

Günün bütün mövzuları

XS
SM
MD
LG