Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:36

Azərbaycanda yük qatarı relsdən çıxaraq aşıb


-
Azərbaycanda yük qatarı relsdən çıxıb. Məlumatı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti yayıb.

Məlumata görə, yanvarın 29-u saat 12.15-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Muğan-Qarasu mənzilində Hacıqabuldan Gəncə istiqamətinə hərəkət edən yük qatarının 15 vaqonu relsdən çıxıb, 6 taxıl vaqonu aşmış və yükü dağılıb.

İlkin məlumata görə, hər iki istiqamətdə qatarların hərəkəti dayandırılıb. Hadisənin nəticələrinin aradan qaldırılmasına “Fövqəladə Hallar Qatarı” MMC-nin Hacıqabul bölməsinin canlı qüvvəsi və texnikası cəlb edilib.

Hadisənin baş vermə səbəbi Hərəkətin təhlükəsizliyi üzrə texniki müfəttişlik və müvafiq qurumlar tərəfindən araşdırılır.
XS
SM
MD
LG