Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:11

Ermənilər sutka ərzində atəşkəsi 250 dəfə pozub


-
Cəbhədə vəziyyət gərgin olaraq qalır. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, ermənilər cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 250 dəfə pozublar.

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində və Noyemberyan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində yerləşən mövqeləri atəşə tutublar.

Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Baş Qərvənd, Şıxlar, Şuraabad, Sarıcalı, Cəvahirli Tərtər rayonunun Çiləbürt, Çaylı, Qızıl Oba, Göyarx, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycanın Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG