Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:51

Elif Şafak: Yazıçılara qulaq asın, həm də siyasətçilərə…


Elif Şafak

Elif Şafak

-

Ünlü türk yazıçısı Elif Şafak Britaniyanın “The Telegraph” qəzetindəki məqaləsində yazır ki, beynəlxalq müşahidəçilər tez-tez Türkiyədə baş verənlərdən baş açmadıqlarından şikayətlənirlər.

Yazıçının fikrincə, bunun səbəblərindən biri də Türkiyə cəmiyyətinin hədsiz dərəcədə siyasiləşməsidir.

Ölkədə baş verənlərin mənzərəsini siyasətçilər cızır, kənardan baxanlara təqdim edirlər.

Elif Şafak hesab edir ki, Türkiyədə baş verənləri anlamaq üçün yazıçıları da dinləmək lazımdır.

Çünki siyasətçilər insanları “bizlər”ə və “onlar”a bölürlər.

“Bizlər”i tərifləyib, “onlar”ı tənqid edirlər.

Yazıçı hesab edir ki, Türkiyə kimi pluralistik demokratiyanın, fikir azadlığının tam oturuşmadığı ölkədə bu bölgü daha kəskin antoqonizm üzərində qurulub.

Ədəbiyyatda isə “onlar” deyə bir anlayış yoxdur.

Ədəbiyyatda “başqası” ola bilməz. “Başqası” elə yazıçının özüdür.

Elif Şafak yazır ki, yazarlar və siyasətçilər daban-dabana zidd olmasa da, fərqli dildə danışırlar.

Özü də lap əvvəldən, ağızlarını açan kimi.

Ona görə də əgər siyasətçi və yazardan Türkiyə haqda söruşsan, fərqli mənzərələr cızacaqlar.

Siyasətçi nələri gördüyündən, necə gördüyündən danışacaq.

Yazıçı isə nəyi görə bilmədiyindən.

Siyasətçi nələri eşitməsindən danışacaq.

Yazıçı isə eşitdikləri ilə yanaşı həm də sükutdan…

Elif Şafakın fikrincə, Türkiyə siyasətində kişilər dominantdır və ona aqressivlik, kəskin qütbləşmə xasdır.

Siyasət insanları, icmalara, qruplara bölür, universal sənət isə sərhəd tanımır, dini, milli bölgü aparmır. Bölmür, əksinə insanlar arasında ünsiyyət yaradır.

Elif Şafak yazır ki, məsələn, irland yazarı Colm Tolbin-in təsvir etdiyi məkanlar ona İstanbulun küçələri qədər dogma gələ bilər. Yaxud İsrail yazarı Amos Oz-un mövzuları.

Yazıçı qeyd edir ki, ədəbiyyatda yunanlar və türklər, yaxud müsəlmanlar və yəhudilər deyə bölgü yoxdur. Əsas focus insanın mikrokosmosudur.

Elif Şafaka görə, insan siyasətin bölücü kimlik qabığından azad olanda onun qəlbindəkiləri anlamaq asan olur.

Hazırladı R.Qəmbərov

Günün bütün mövzuları

XS
SM
MD
LG