Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:49

"Kapitan Qrantın uşaqları" latın əlifbasında


-

Məşhur fransız yazıçısı Jules Verne-in "Kapitan Qrantın uşaqları" romanı latın qrafiksında çap edildi.

"Qanun" və "Əli və Nino" nəşriyyatlarının "Dünya uşaq ədəbiyyatı” seriyasında çap etdiyi roman fırtına nəticəsində gəmiləri qəzaya uğramış kapitan Qran­tın və iki matrosun axtarışından bəhs edir.

Qrantın uşaqları – Robert və Meri Qrant “Dunkan” gəmisi ilə atalarının axtarışına çıxırlar.

Gənc ka­pitan Con Manqls, coğrafiyaşünas alim Jak Paqanel və məşhur dənizçi qızı Elen Qlenarvan onlara kömək edir.

Yolun asan başlamasına bax­mayaraq, təhlükələr getdikcə artır.

Onları həm quruda, həm də dənizdə müxtəlif macəralar müşayiət edir, amma bütün təhlükələrin öhdəsindən mərdliklə gəlirlər.

Əsərdə incə yumor və nikbin ruh hakimdir.

Fransız yazıçısı Jül Vern ədəbiyyatda elmi fantastika janrının ən gör­kəmli nümayəndələrindən biri hesab olunur.

İlk romanı “Açıq fəzada beş həftə” bitəndə 35 yaşı vardı. Bütün dövrlərin ən çox tərcümə edil­miş müəllifləri siyahısında ikinci yerdə qərarlaşıb. “Kapitan Qrantın uşaqları”nı 1867-1868-ci illərdə yazılıb.

Əsəri Cabbar Məcnunbəyov tərcümə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG