Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:36

Ölümə qarşı məğrur


-

Vaxtsız dünyasını dəyişmiş istedadlı yazar Zərdüşt Şəfi Bakıda anıldı.

Gənc yazarın həyat və yaradıcılığına həsr olunan tədbirini "Yeni Üfüq" Mənəvi İrsin Təbliği İctimai Birliyi keçirdi.

Azərbaycan Yazıçılar Birliyinin üzvü Mirbəhram Əzimbəyli Zərdüşt Şəfinin qısa ömür sürməsinə baxmayaraq, dolğun və örnək ola biləcək həyat yaşadığını diqqətə çatdırıb. O, gənc yazarla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

Tədbirdə mərhum gənc yazar Zərdüşt Şəfi ilə bağlı hazırlanmış videoçarx təqdim olunub.

Daha sonra Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid mərhum yazarın həyat eşqindən, ölümə qarşı necə məğrur olmasından geniş söz açıb.

Tədbirdə ədəbi tənqidçi Seyfəddin Hüseynli, “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədr müavini Xanım Qasımova, gənc yazarlar Rəbiqə Nazimqızı, Günel Xəzəl, Seyid Ramin və digərləri çıxış edərək, Zərdüşt Şəfizadə ilə bağlı fikir və xatirələrini bölüşüblər.

525.az
Seyfəddin Hüseynli
Seyfəddin Hüseynli

XS
SM
MD
LG