Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:03

ANS min manat cərimə olunub


-
Yanvarın 28-də Milli Televiziya və Radio Şurası növbəti iclasını keçirib. İclasda “Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası”, “ANS Müstəqil Yayım və Media Şirkəti”, “Lider TV və Radio Azərbaycan” MMC-nin “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb.

İclasda “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununu pozduğuna görə “Lider TV və Radio Azərbaycan” MMC-yə və “Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası”na xəbərdarlıq olunub.

“Televiziya və radio yayımı haqqında” qanunu, "Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar"ı pozduğuna görə “ANS” televiziyası 1000 (min) manat cərimə edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG