Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:19

Milli Şura AŞ PA üzvlərinə müraciət ünvanlayıb


-
27 yanvar 2014-cü ildə Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının iştirakçılarına Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurasının müraciəti yayılıb.

Müraciətdə vurğulanır ki, «AŞ-nın indiyədək olan yanlış qərarları və güzəştli mövqeyi ölkədə demokratiya və insan haqları ilə bağlı durumun pisləşməsinə, siyasi məhbusların sayının hədsiz artmasına səbəb olub»:

«Ötən 13 il ərzində Azərbaycanın öhdəliklərinin icrası ilə bağlı qəbul edilmiş bütün qətnamələrdə ildən-ilə təkrarlanan tələblər kağız üzərində qalmaqdadır. Azərbaycanda kütləvi saxtakarlıqlarla müşahidə olunmasına, ATƏT və Avropa Birliyi tərəfindən kəskin tənqid olunmasına baxmayaraq, AŞ PA-nın qısamüddətli müşahidəçiləri tərəfindən müsbət dəyərləndirilən son prezident seçkiləri Azərbaycanda son 20 ildə baş verən seçki saxtakarlıqlarının kulminasiya nöqtəsi oldu. Bu seçkilər müstəqil Azərbaycanda keçirilən ən pis və saxta seçkilər kimi tarixə düşdü. Bu həm də ona görə baş verir ki, Azərbaycan hakimiyyəti bu günədək AŞ PA-nın seçki komissiyalarının tərkibi ilə bağlı təkliflərinə əhəmiyyət verməməkdədir».

«Azərbaycan demokratlarının və vətəndaş cəmiyyətinin geniş birliyi olaraq biz AŞ PA-dan Azərbaycandakı insan hüquqlarının və azadlıqlarının pozulmasına münasibətdə daha prinsipial və qətiyyətli mövqe gözləriyik. Biz AŞ PA-nın Azərbaycan hakimiyyətinin «dəyərlərinə» yox, Azərbaycanın gerçək AŞ PA dəyərlərinə - demokratiyaya, insan hüquqlarının qorunması, qanunun aliliyi kimi dəyərlərə, Azərbaycan xalqının maraqlarına yaxınlaşmasını arzulayırıq. Biz tezliklə AŞ PA-da demokratiya və azadlıqsevərlərin səsinin kürüsevərlərin səsini üstələyəcəyini səbirsizliklə gözləyirik», - deyə müraciətdə vurğulanır.
XS
SM
MD
LG