Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:07

Kartla işləyəcək avtobusların siyahısı açıqlanıb


-
Bakıda vahid nəqliyyat kartı ilə gediş haqlarının ödəniləcəyi avtobus marşrutlarının siyahısı açıqlanıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, birinci mərhələni əhatə edən 35 marşrutda sistemin tətbiqi planlaşdırılır. Gedişhaqqını həm də yol kartı vasitəsilə ödəmək mümkündür. Sərnişinlərə yol pulunu nağd ödəməklə bağlı qadağa hələlik tətbiq edilmir.

İstifadəçilər «Nəqliyyat kartı»nın balansını – «Bank of Azerbaijan» ASC – nın satış nöqtələrində, ticarət köşklərində, «Qasid» köşklərində, iri supermarketlərdə, - TOPAZ satış nöqtələrində və «Yolkart» loqosu ilə təchiz olan ticarət obyektlərində nağd vəsait ödəməklə artıra bilərlər.

«Nəqliyyat kartı»nın balansının artırılması zamanı bir əməliyyatla minimal 1(bir) AZN nağd vəsait mədaxil etmək lazımdır. Yəni, karta qəpiklə pul yükləmək mümkün deyil.

Bundan başqa istifadəçilər problemləri ilə bağlı «175» - Müştəri xidmətinə müraciət edə bilərlər.
XS
SM
MD
LG