Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:47

Onlar özlərini niyə yandırır? [Video]


-


«İşdən sonra» verilişində əlillərin özlərini yandırma səbəbləri, vəziyyətdən çıxış yolları müzakirə olunub.

Psixoloq Tariyel Faziloğlu deyir ki, əlillərin psixoloji vəziyyəti normal insanlardan fərqlənir:

«Fiziki qüsuru olan insanların psixologiyası zəif olur. Onların sinir sistemləri zədəli olduğundan əsəbilik, tez özündənçıxma xarakterikdir. Belə insanlar müəyyən psixoloji gərginlikdən sonra affekt vəziyyətinə gəlir, ölüm həddinə çatırlar. Bunun nəticəsində son zamanlar əlillərin intiharı artıb».

Psixoloqun fikrincə, əlillərin intiharının artmasında medianın da rolu var:

«Bu cür hadisələrlə bağlı xəbərlər də insanlara düzgün yönləndirilmir. Zaur Həsənovun intiharı mediada təhrikedici formada işıqlandırıldı. İnsan çətinlik yaşadığı dövrdə kiminsə atdığı addım ona da çıxış yolu kimi görünə bilər».

Tariyel Faziloğlu əlillərlə işdə ehtiyatlı davranmaq lazım olduğunu deyir:

«Əlillərlə işləyən dövlət qulluqçuları təlimatlandırılmalıdırlar. Bir neçə nəfər bu addımı atırsa, bu, məsələyə diqqətin vacib olduğunu göstərir. Fiziki qüsurlu insanla çalışmaq xüsusi bacarıq tələb edir, bu sahədə təhsil olmalıdır».

Sosioloq Əhməd Qəşəmoğlu intiharları sosial-psixoloji amillərlə bağlayır:

«Baş verən özünəqəsd halları daha çox sosial-psixoloji hadisədir. Cəmiyyətdə maddi faktorlar önə keçəndə, mənəvi faktorlar ikinci plana keçir. Maddi faktorlara meyl artanda ədalət pozulur. Ədalət hissi pozulanda isə insanların ümidləri itir. Məhz bu səbəblərdən intiharlar baş verir».

Sosioloq bu sahədə elmi araşdırmalara ehtiyac olduğunu deyir:

«Əlillərlə xüsusi hazırlıqlı işçilər çalışmalıdırlar. Məmurlarla xüsusi treninqlər keçirilməlidir. Xüsusi elmi tədqiqat mərkəzləri olmalıdır ki, bütün bu cür hadisələr araşdırılsın, müəyyən elmi tövsiyələr verilsin. Adətən cəmiyyətdə belə fikir olur ki, insanlar eyni psixoloji durumda eyni məntiqlə hərəkət etməlidirlər. Cəmiyyətin hər bir təbəqəsinə həssaslıq göstərilməlidir...».

Şərhləri göstər

XS
SM
MD
LG