Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:49

Rusiya öz ədəbiyyatını xaricdə tanıtmağa 100 milyon xərcləyir


Tolstoy və Dostoyevski
Tolstoy və Dostoyevski
-

Rusiyanın dövlət büdcəsindən hər il 100 milyon rubl (təxminən 3 milyon dollar) vəsait ayrılır ki, klassik rus ədəbiyyatı xarici dillərə çevrilsin.

Bu iş Rusiya prezidentinin təşəbbüsü ilə başlanan “Rusiya mədəniyyəti” proqramı çərçivəsində görülür.

Proqramı həyata keçirən “Роспечать” bu il büdcədən bir qədər artıq – 109 milyon rubl istəyib.

Bu pulla “Anna Karenina” boyda 70 əsər çevirmək olar.

Söhbət rus ədəbiyyatının dünyanın əsas beynəlxalq dillərinə - ingilis, fransız, ispan və s. dillərə çevrilməsindən gedir.

“Роспечать”dan deyiblər ki, ayrılan vəsaitlə Rusiyada yaşayan digər xalqların – kalmık, udmurt, çukot və b. xalqların yazıçılarının əsərləri də dünya oxucusuna çatdırılacaq.

Proqramı həyata keçirmək üçün 2011-ci ildə “Роспечать”ın təşəbbüsü ilə “Tərcümə İnstitutu” yaradılıb.

İnstututun icraçı direktoru Rezniçenko deyir ki, onlar xaricdəki nəşriyyatlara qrantlar təklif edirlər.
Vladimir Putin
Vladimir Putin

Həmin nəşriyyatlar da tərcüməçi axtarıb tapır, çəkəcəkləri xərcləri İnstitutun verdiyi qrantlarla kompensasiya edirlər.

Rezniçenkonun verdiyi məlumata görə, onların qrantlarının məbləği əsasən 2 min avrodan 15 min avroyadəkdir.

Amma məsələn, bir neçə hissədən ibarət “Anna Karenina”nın ABŞ-da edilmiş yeni tərcüməsinə 46 min dollar xərclənib.

1800 kompüter işarəsi həcmində mətnin tərcüməsinin qiyməti 20-70 avro arasıdır.

Bu mənada ən bahalı yer Skandinaviya ölkələridir. Orada rus dilindən tərcüməçi tapmaq çətindir və bu işə görə 15 faizəcən əlavə pul ödəmək lazım gəlir.

Dünyada ən çox tələbat Dostoyevski və Çexovun əsərlərinədir.

Rezniçenkonun sözlərinə görə, onun rəhbərlik etdiyi instituta ötən il rus ədəbiyyatından tərcümələr üçün 199 müraciət edilib (ümumilikdə 33 dilə).

İngilis və fransız dillərinə tərcümə təklifi ilə yanaşı İnstituta rus ədəbiyyatının Azərbaycan, katalon, makedon və s. dillərə çevrilməsi təklifi də gəlib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG