Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:31

“Ədəbi Azadlıq” şeir və hekayə müsabiqəsi gəlir


"Ədəbi Azadlıq" müsabiqəsinin büllur prizləri

"Ədəbi Azadlıq" müsabiqəsinin büllur prizləri

-

“Ədəbi Azadlıq” şeir və hekayə müsabiqəsi bu il də keçiriləcək.

Fevral ayında.

Azadlıq Radiosunun mədəniyyət portalı olan oxuzali.az-da təşkil ediləcək müsabiqəyə hər kəs qatıla bilər.

Amma müsabiqəyə indiyəcən İnternet məkanında çap edilməmiş əsərlər qəbul ediləcək (sosial şəbəkələr və şəxsi bloqlar istisna olmaqla).

Hekayə və şeirlər üçün heç bir mövzu məhdudiyyəti olmayacaq.

Hər bir kəs həm hekayə, həm də şeir müsabiqəsinə qatıla bilər.

Bu ilki müsabiqənin mükafatları fərqli olacaq. Mükafatçılar hədiyyələrini özləri seçə biləcəklər.

1-ci yeri tutan yazar iPhon, yaxud Notebook,

2-ci yerın sahibi Netbook, yaxud videokamera,

3-cü yerin sahibi isə E-book reader, yaxud Fotoaparatla mükafatlandırılacaq.

Müsabiqəyə təqdim edilən əsərlər ötən illərdə olduğu kimi münsiflərə imzasız təqdim olunacaq.

Müsabiqənin şərtləri və əsər qəbulunun nə vaxt başlanacağı haqda ətraflı məlumatı fevralda oxuzali.az-da gözləyin.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG