Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:40

Parlamentin demoktratiyadan əks tərəfə atdığı 5 addım (infoqrafika)


Azərbaycanda keçirilən seçkilərdən sonra bir qayda olaraq bunun "demokratiyaya doğru addım" kimi qiymətləndirilməsi artlq ənənəyə çevrilib. Azərbaycan rəsmiləri də tez-tez bəyan edirlər ki, gənc Azərbaycan demokratiyası tədricən bərkiyir. Lakin 2013-cü ildə Azərbaycanda qəbul edilən bəzi qanunverici qərarları demokratiyanın möhkəmləndirilməsi kimi qiymətləndirmək çətindir.

Yanvarın 23-də Freedom House təşkilatı da Azərbaycanı qeyri-azad ölkələr sırasına aid edib. Dünya ölkələrindəki siyasi və vətəndaş azadlıqlarının vəziyyətini qiymətləndirən bu beynəlxalq təşkilat Azərbaycanı Belarus, Türkmənistan, Rusiya, İran və s. kimi 47 ölkə ilə bir qrupda təqdim edir.

Azərbaycanın hakim dairələri Azərbaycana belə yanaşmanı qərəzli hesab edirlər. Aşağıda təqdim etdiyimiz Milli Məclisin 5 qərarı (sənədlərlə burada tanış ol) rəsmilərin bu fikri ilə mübahisəyə girir. Parlamentin müvafiq sənədləri ilə tanış olub, onların "demokratiyaya doğru və ya əks istiqamətdə atılmış addım" olduğunu özün müəyyənləşdir. Cavabı isə bizim foruma yaz.


İnforafikanı böyütmək üçün şəkili sıx




Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG