Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:11

Prezidentin kürəkəni müxalifətçilərin qətlində ittiham olunur


Qazaxıstan müxalifətinin lideri Altynbek Sarsenbaev və 2 yardımçısının 2006-cı qətlinə sifariş verdiyinə görə məhkum edilən Erzhan Otembaevin məhkəməsində yeni ittihamlar səslənib. Qətlləri törətdiyi üçün ömürlük həbs cəzası almış Rustam Ubragikom məhkəmə ifadə verib və qətlləri prezident Nursultan Nazarbayevin keçmiş kürəkəni Raxat Alievin sifariş etdiyi bəyan edib.

İbragimov deyib ki, günahsız bir insanın həbsdə olmasına dözə bilmir və bu üzdən ifadəsini dəyişir.

Qazaxıstan parlament aparatının sədri olan Erzhan Otembaev 2006-cı ildə sifarişli qətllərə görə 20 il həbs cəzası almışdı. Dekabrda Qazaxıstan prokurorluğu faktla bağlı yeni dəlillərin ortaya çıxdığını bəyan edəndən sonra işə yenidən baxılmağa başlayıb.
Nazarbayevin tənqidçisi olan keçmiş kürəkəni Raxat Aliev 2007-ci ildən Avropaya qaçıb.
XS
SM
MD
LG