Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:33

Korrupsiyaya qarşı mübarizə idarəsinin adı dəyişdirilir


-
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin adı dəyişdirilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” və “Prokurorluq haqqında” qanunlara əlavə və dəyişikliklər təklif edilib.

Layihədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi adlandırılması təklif edilir.

Təkliflərdə ad dəyişikliyi ilə yanaşı idarənin səlahiyyətlərinin artırılması da var.

Bu dəyişikliyə görə, İdarə rəisinin statusu artırılaraq baş prokurorun müavinləri ilə eyni təsnifata daxil edilir.

Qanuna edilən daha bir təklifə görə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisinin səlahiyyətləri artırılır. Yeni maddəyə əsasən, idarənin işçilərinə rütbələrin verilməsi ilə bağlı təqdimatı artıq idarə rəisi özü edəcək.

Milli Məclisin plenar iclasına tövsiyə olunan layihəyə görə idarə rəisi əməkdaşların vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə təqdimatlar vermək səlahiyyətinə malik olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG