Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:49

Özbəkistanda bəzi siyasi məhbuslar buraxılır


Özbəkistanda prezident İslam Kərimovun tənqidçilərindən olan siyasi məhbus İsoq Abdulayev həbsdən buraxılıb. 78 yaşlı Abdulloyev 2005-ci ildə 11 illik həbs cəzası almışdı.

O, ölkənin müstəqilliyinin 21 illiyi ilə bağlı elan olunan amnistiyaya düşüb.

Bu arada Özbəkistandakı hüquq-müdafiəçiləri 20 ildən çoxdur həbsdə olan başqa bir məhbusun durumundan narahaqlıqlarını bildirirlər. Surat İkramov həftəsonu 1994-cü ildən həbsdə olan Murod Juraevə baş çəkdiyini və gözlərinə inanmadığını deyib. Onun sözlərinə görə, 61 yaşında olmasına baxmayaraq Juraev ahıl qocaya bənzəyir, ağzımda dişləri yoxdur və tam bitkin görünür.

Juraev dövlət çevrilişinə cəhd ittihamıyla öncə 12 il həbs cəzası alsa da, saxlanma qaydalarını pozmaq ittihamıyla həbs müddəti dəfələrlə uzadılıb. Hazırkı cəzası ancaq 2016-cı ildə bitəcək.
XS
SM
MD
LG