Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:39

Müsavat partiyasının 3 üzvü həbs olunub


-
Yanvarın 27-də Ağcabədi Rayon Məhkəməsinin qərarı ilə Müsavat üzvləri Cavid Hacıbəyli, Bəxtiyar Türksoy və Rüfət Hacıbəyli 7 sutka inzibati həbs cəzasına məhkum edildilər.

Müsavat partiyasından AzadlıqRadiosuna verilən məlumata görə, hər üç partiya üzvü bir gün əvvəl Ağcabədidə bahalaşma əleyhinə aksiyaya cəhd zamanı saxlanılıblar.

Məlumata görə, məhkəmədə dövlət ittihamçısı gənclərin bir ay müddətində həbs olunmasını istəyib. Amma gəncləri həbs etdiyi iddia edilən polislər məhkəmədə saxlanılanları tanıya bilməyib.

Yanvaın 26-da Müsavat partiyasının Ağcabədi rayon təşkilatı bahalaşma əleyhinə aksiya keçirməyə cəhd edib. Aksiyanın qarşısı alınıb. Partiya üzvləri Cavid Hacıbəyli, Bəxtiyar Türksoy və Rufət Hacıbəyli saxlanılaraq polis bölməsinə aparılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG