Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:04

Assad hökuməti mühasirədəki Homsdan qadın və uşaqları buraxmağa razılaşıb


Cenevrədə Suriya hökuməti və müxalifət qüvvələri arasında danışıqlar 3-cü gündür ki davam edir.
BMT-nin vasitəçisi Lakhdar Brahimi nin sözlərinə görə, onlar keçid kökuməti yaradılması planı ilə bağlı müzakirələrin başlanmasına ümid edirlər.

Müxalifət prezident Bashar al-Assadin müvəqqəti hökumətdə heç bir rol almamağında israr edir.

Bazar günü tərəflər vətəndaş müharibəsindəki humanitar məsələləri müzakirə edib. Hökumət bildirib ki, qadın və uşaqlar mühasirədəki Homs şəhərini tərk edə bilərlər. Suriyanın mərkəzindəki Homs uğrunda uzun müddətdir ki, qızğın döyüşlər gedir. Ötən il Assadin qoşunları Homsun ətrafını ələ keçirib və üsyançıları mühasirəyə alıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG