Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:52
-
Yanvarın 27-də Azərbaycan ordusunun zabiti həlak olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, leytenant Səbuhi Əzizov döyüş tapşırığını yerinə yetirərkən erməni silahlı qüvvələrinin açdığı snayper atəşindən həlak olub.

Müdafiə naziri Zakir Həsənovun əmri ilə Səbuhi Əzizov döyüş postunda şəxsi şücaət göstərdiynə görə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.

Nazirlik bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi 204 dəfə pozulub.

Yanvarın 23-də Azərbaycanın başqa bir zabiti – 36 yaşlı kapitan Elnur Cəfərov da snayper atəşindən həlak olub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG