Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:16

Yanukovich regionlardakı hökumət binalarını tutanların cəzalandırılmasını tələb edir


Ukraynada hakim Regionlar Partiyası Baş prokuroru təcili olaraq etirazçıların yol verdiyi anti-konstitusion hərəkətləri – yerli bələdiyyə idarələri və hökumət binalarının ələ keçirilməsi faktlarını araşdırmağa və tədbir görməyə çağırıb.

Prezident Viktor Yanukovychin partiasının yanvarın 27-də yaydığı bəyanatda deyilir ki, ölkədə faşist gənclər dövlət çevrilişi etmək istəyir, Kiyevdəki etirazları təşkil edən müxalifət liderləri isə yerli hökumət binalarını tutmağa çağırmaqla yerlərdəki hakimiyyəti ələ almağa cəhddə ittiham olunur.

Ukraynada artıq müxalif qüvvələr ölkənin 25 əyalətindən Qərbdəki 10 əyalətdə yerli hökumət binalarını tutublar. Kiyevdə isə Bazar günü gecə onlar Ədliyyə nazirliyinin binasını da ələ keçirib. Ədliyyə naziri Olena Lukash deyib ki, əgər etirazçılar binanı tərk eləməsə fövqəladə vəziyyət elan edilməsi üçün dövlətə müraciət edəcək.

Bazar ertəsindən başlayaraq isə etirazlar dalğası şərq istiqamətində, ənənəvi olaraq Rusiyaya bağlı regionlara yayılıb.

Sumı, Zaporojye, Cerkass, Çernigov, Dneprepetrovsk və Odessada etirazçılar hökumət binalarını ya mühasirəyə alıb, ya da tutmağa cəhd göstəriblər.

Polis kütləyə nəzarət edə bilmək üçün gözyaşardıcı qazlardan və tüstü qumbaralarından istifadə etməli olub.

Daxil İşlər Nazirliyi bildirir ki, qərb regionlarındakı “təxribatçılar” şərq ərazilərinə desant çıxarırlar.
XS
SM
MD
LG