Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:58
-
ABŞ Somalinin cənubundakı “al-Qaeda”ya bağlılığı olan silahlıların komandir məntəqəsinə zərbələr endirib.

Bu barədə Reuters ABŞ silahlı qüvvələrindəki anonim mənbəyə istinadən məlumat yayıb.

Zərbələrin əsasən hərbi birləşmələrin cəmləşdiyi Brave rayonuna endirildiyi qeyd edilir.

Ötən ilin oktyabrında Amerika xüsusi təyinatlıları bu şəhərdə üsyançıların İkrim adlı səhra komandirinə qarşı xüsusi əməliyyat keçirib.

Ağır döyüşlərdən sonra ABŞ əsgərləri İkrimi ələ keçirmədən geri çəkiliblər. İkrim qonşu Keniyaya qarşı həyata keçirilən bir neçə terror hücumlarının təşkilatçısı hesab olunur.

Ötən il Keniyanın paytaxtı Nayrobidəki ticarət mərkəzində törədilən terror nəticəsində ən azı 67 nəfər ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG