Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:40

Avromaydan hərəkatı Ukraynanın regionlarına yayılır


-
Ukraynada təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında toqquşmalar artlq paytaxtdan ölkənin regionalrın yayılıb.

Ukraynanın 25 regionundan 10-unun etirazçıların əlində olduğu bildirlir.

Bu gecə və bazar günü etirazçılar Zaporojede, Dnepropetrovski və daha bir neçə yerdə yerli hakimiyyət orqanlarının binalarını ələ keçiriblər.

Odessada, Xarkovda, Luqanskda hakimiyyət əleyhdarları küçələrə çıxıblar.

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, polis dörd regionda aksiyaçıları ərazidən uzaqlaşdıra bilib. Məlumatlara görə, Çerkassk şəhərinin mərkəzində etirazçıların yaratdığı Avromaydanı dağıdarkən Polşanın “Belsat” ictimai televiziyasının müxbiri saxlanılıb.

Yanvarın 27-də hakimiyyətlə müxalifət arasında növbəti görüşün keçiriləcəyi bildirlir. Müxalifət liderləri bildiriblər növbədənkənar prezident seçkiləri təyin olsa, siyasi dustaqlar azad olsa, Yanukovychin hökumət qurmaq təklifini rəbul edəcəklər.
XS
SM
MD
LG