Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:41

Səməd Seyidov: «Zəhmət olmasa, gözlərinizi açın...»


-
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun qış sessiyasının plenar iclasında çıxış edib.

O, keçmiş prezident Jean-Claude Mignon-un fəaliyyətinə toxunub, Dağlıq Qarabağ məsələsində gördüyü işləri yüksək dəyərləndirdiyini bildirib:

«Lakin mən bəzi dostların Azərbaycanı yenidən tənqid etməsindən narahatam. Bildirmək istəyirəm ki, Azərbaycandakı seçkilər artıq parlamentə müzakirə edilib və qəbul edilib. Azərbaycanda seçkilər çox demokratik olub. Biz iqtisadi baxımdan inkişaf edən stabil ölkəyik. Əlbəttə, sizin bəzi parlamentarilər ilə razılaşmamağınız da demokratiyadır. Biz sizin qərarlarınıza da hörmət edirik. Ancaq xahiş edirəm Azərbaycanı tənqid edərkən qəzetləri oxuyun, mənim ölkəmə baxın. Bu gün, sabah, hətta birisi gün davam edən konfliktə görə mənim ölkəmdə qadın, uşaq, insanlar ölür. Hətta biz bu şəraitdə də demokratiyanı inkişaf etdiririk. 1 milyon qaçqınımız olmasına rəğmən biz Avropa dəyərlərinə uyğun davranırıq. Səməd Seyidov

Səməd Seyidov

Zəhmət olmasa, gözlərinizi açın və digər Avropa ölkələrində nələr baş verir, onlara baxın».

JURNALİSTLƏR ETİRAZ ETDİLƏR

AŞPA-da daimi çalışan jurnalistlər aksiya keçiriblər.

Onlar mətbuat konfransında önlərinə sarı fonda «Press» yazılmış tablolar asaraq oturublar. Jurnalistlərdən Kayahan Karaca AzadlıqRadiosuna bildirib ki, aksiyada məqsədləri medianın durumunu diqqətə çəkmək olub:

«AŞPA insan haqları, demokratiya və hüququn üstünlüyünü müdafiə edir. Media azadlığı da bura daxildir. Media azadlığı sahəsində Avropa Şurası son illər yetərincə addımlar atmır. Elektron mediaya görə jurnalistlərin işləməsi çətinləşib. İqtisadi böhrana görə Şuranın media büdcəsi çox məhdudlaşdırılıb. Bunları gündəmə gətirmək, AŞPA-da çalışan jurnalistlərin çalışma vəziyyətini gündəmə gətirmək, media azadlığını müdafiə etmək üçün bu ifadə formasını seçdik. İndi jurnalistlərin çalışdığı mətbuat otağı da bizim çoxlu səylərimiz nəticəsində əldə edilib».

YENİ SƏDR SEÇİLDİ

Yanvarın 27-də AŞPA-nın qış sessiyasında qurumun yeni sədri seçilib.

Lüksemburq Deputatlar Palatasının deputatı xanım Anne Brasseur AŞPA-nın yeni sədri seçilib. O, bu posta öz namizədliyini irəli sürənədək AŞ PA-da «Avropa naminə Demokratlar və Liberallar Alyansı» siyasi qrupunun sədri olub.
Anne Brasseur

Anne Brasseur


Ənənəyə görə, AŞPA rəhbəri postunu növbə ilə assambleyadakı müxtəlif siyasi qrupların nümayəndələri tuturlar və bu qaydalara əsasən növbə Anne Brasseur-un namizədliyini irəli sürən Liberal Demokratlar Alyansınındır.

Lakin bu dəfə britaniyalı deputat Robert Voltaire-in də namizədliyi irəli sürülüb. Bununla əlaqədar o, Avropa Demokratlar Qrupunun rəhbəri postundan istefa verib.

ALMANİYA VƏ FRANSA BUNU EDƏ BİLİBSƏ...

Jean-Claude Mignon Azərbaycan və Ermənistan təmas xəttində son vaxtlar baş verən gərginlikdən narahat olduğunu bildirib:

«Mən həmişə nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirmişəm. Bu məsələni həll etmək üçün addımlar atmağa cəhd etdik. ATƏT-in Minsk Qrupu indiyədək Qarabağ münaqişəsinin həlli istiqamətində böyük bir iş görüb».

Onun dediyinə görə, Ermənistanın sədrlik etdiyi 2013-cü ildə Almaniya və Fransa arasında Yelisey sazişinin imzalanmasının 50-ci ildönümü qeyd olunub:
Jean-Claude Mignon

Jean-Claude Mignon


«Bu saziş iki düşmən ölkəni bir araya gətirdi və sonradan Almaniya ilə Fransa iki dost, tərəfdaş ölkə oldu. Düşünürdüm ki, Almaniya və Fransa bunu edə bilibsə, şübhəsiz ki, Azərbaycanla Ermənistan da bunu edə bilər. Mən Avropa Şurasının baş katibi vəzifəsinə seçilsəm, təbii ki, Dağlıq Qarabağ münaqişənin həlli mənim əsas prioritetlərimdən biri olacaq».

AŞPA PREZİDENTİ: UKRAYNADA VƏTƏNDAŞ MÜHARİBƏSİ GEDİR

«Ukraynada indi baş verənlər mənə vətəndaş müharibəsini xatırladır». Bunu yanvarın 27-də keçirdiyi mətbuat konfransında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Jean-Claude Mignon deyib.

«Biz istəyirik ki, bu məsələ sülh yolu ilə həllini tapsın. İnanırıq ki, Ukrayna hökuməti mövcud vəziyyətin sonlanması üçün tezliklə addımlar atacaq».

Sessiyada iştirak edən Azərbaycan nümayəndə heyətinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik edir.

Sessiya yanvarın 31-nə kimi davam edəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG