Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 23:53

Fransa prezidenti Türkiyəyə rəsmi səfərə gəlir


Foto (Arxiv)
Foto (Arxiv)
Fransa prezidenti Francois Hollande bu gün Türkiyəyə tarixi səfərə gəlir.

Türkiyə mətbuatı qeyd edir ki, keçmiş prezident Nicolas Sarkozy-nin “4 saatlıq İstanbul gəzintisi” nəzərə alınmazsa, bu, son 22 ildə Fransa dövlət başçısının Türkiyəyə ilk səfəridir.

Ankarada iki tərəf arasında keçiriləcək danışıqlarda ikitərəfli münasibətlərlə yanaşı, Türkiyənin Avropa İttifaqına üzvlük danışıqları əsas mövzu olacaq.

Üzvlük danışqıları Avropa İttifaqı xartiyasının 17, 22 və 23-cü fəsillərini əhatə etməlidir.
Fransa məhz iqtisadi və maliyyə siyasətinə aid 17-ci fəsil mərhələsində Türkiyənin üzvlüyü barədə tərəddüd keçirir.

Bununla belə, Türkiyə mətbuatı vurğulayır ki, Hollande Türkiyənin üzvlüyü məsələsinə Sarkozy-dən fərqli olaraq daha mülayim baxır.

Bu səfərdə Francois Hollande-ı xarici işlər, xarici ticarət, müdafiə, energetika, kənd təsərrüfatı nazirləri müşaiyət edirlər.

Bu da xəbər verilir ki, Fransa prezidenti müxalif CHP-nin lideri Kemal Kılıçdaroğlu ilə də görüşəcək.

Hollande-ın Sosialst Partiyası CHP ilə birlikdə Sosialist İnternasionalının üzvüdür.
Cənab Hollande həmçinin qətlə yetrilmiş erməni jurnalist Hrant Dink-in dul xanımı ilə görüşəcək.

Səfər Francois Hollande və Türkiyə prezidenti Abdullah Gülün birgə mətbuat konfransı ilə yekunlaşacaq.
XS
SM
MD
LG