Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:21

Fransada prezidentə qarşı “Qəzəb günü” aksiyası keçirildi


Foto (Arxiv)
Foto (Arxiv)
Bazar günü Fransa paytaxtı Parisdə minlərlə etirazçı prezident Francois Hollande-ın siyasətlərinə qarşı “Qəzəb günü” aksiyası keçirib.

Aksiyda iştirak edənlər eyni cinsdən olanların nikahına icazə verilməsi də daxil olmaqla prezidentin yürütdüyü daxili siyasətə etirazlarını bildiriblər.

Sağ təmayüllü təşkilatçılar aksiyada 120 min etirazçının iştirakını vəd etsələr də, nümayişə 17 min insan qoşulub.

Nümayişdə Fransanın Avropa İttifaqından çıxması tələbləri də səsləndirilib.

Bəzi iştirakçılar bildiriblər ki, Fransa prezidentləri ölkədən daha çox öz “eşqbazlıqları” ilə məşğuldurlar.
XS
SM
MD
LG