Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:42

Papanın göyərçinlərinə hücum oldu


Foto (Arxiv)
Foto (Arxiv)
Vatikan xəbər verir ki, Roma Papası Francis-in müqəddəs Pyotr meydanı üzərinə uçurduğu iki sülh göyərçininə bir qağayı və bir qarğa hücum edib.

Ənənəvi olaraq yanvar ayının son bazar günündə Papanın Vatikandakı iqamətgahı olan Apostol Sarayından uşaqlar tərəfindən uçurulan sülh göyərçinləri dalbadal ikinci ildir ki, başqa quşların hücumuna məruz qalır.

Göyərçinlərdən biri qağayının cəngindən qopa bilib, ikinci quş isə qarğa ilə çarpışmada yaralanıb.

Nəhayət göyərçinləri havaya buraxmaq mümkün olub.

Göyərçinlər havada dövrə vurduqdan sonra müqəddəs sarayın damına qayıdıblar.
XS
SM
MD
LG