Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:50

Ağcabədidə “Bahalaşmaya son qoyulsun” mitinqi keçirilib


Yanvarın 26-da Müsavat partiyasının Ağcabədi təşkilatının üzvləri mitinq keçirmək istəyiblər. Onların üç üzvü saxlanıb.

Bu barədə AzadlıqRadiosuna məlumat verən yerli Müsavat təşkilatının sədri Rəşad Nəcəflinin sözlərinə görə, onlar aksiya üçün Ağcabədi icra hakimiyyətinə müraciət ediblər:

“Biz “Bahalaşmaya son qoyulsun” tələbi ilə mitinq keçirmək istəyimizi yazılı şəkildə bildirmişdik. Mitinq üçün də rayondakı Şəfa stadionunun qarşısındakı ərazisini istəmişdik. Bizə şifahi bildirdilər ki, əgər yalnız mitinq keçirəcəksinizsə və bu şüar səslənəcəksə, gedib keçirin”.

Rəşad Nəcəfli deyir ki, onlara aksiya keçirməyə imkan verilməyib, əraziyə gələn polislər mitinq iştirakçılarını ordan uzaqlaşdırıb.

Polis üç nəfəri – Cavid və Rüfət Hacıbəyli qardaşlarını və Bəxtiyar Mürsəlzadəni saxlayıb.

Ağcabədi rayon polis idarəsinin rəisi Şamil Seyidli AzadlıqRadiosuna faktı təsdiqləyib. Amma bildirib ki, yerli müsavatçılar qanunsuz piketə cəhd göstəriblər, onlar mitinq keçirilməsini yerli icra hakimiyyəti ilə razılaşdırmayıblar:

“Polisin əmrlərinə tabe olmadığı üçün 3 nəfər saxlanıb. Onlara İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi şamil edilib və iş materialları hazırlanıb məhkəməyə göndəriləcək”.

Saxlanan müsavatçıların təqsiri sübuta yetirilərsə, onları iki yüz manat cərimə və ya on beş günədək inzibati həbs gözləyə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG