Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:28

İranın keçmiş prezidentinin qızına şərti iş kəsilib


İranın keçmiş prezidenti Akbar Hashemi Rafsanjani. Foto (Arxiv)

İranın keçmiş prezidenti Akbar Hashemi Rafsanjani. Foto (Arxiv)

AP İran xəbər agentliklərinə istinadən bildirir ki, məhkəmə İranın keçmiş prezidenti Akbar Hashemi Rafsanjani-nin qızına yüksək vəzifəli rəsmilərə böhtan ittihamı ilə 6 ay şərti həbs cəzası kəsib.

Yarım rəsmi ISNA xəbər agentliyinin məlumatına görə Fatemeh Hashemi Rafsanjani-nin vəkili Vahid Abolma'ali bildirib ki, hökm Tehranda İnqilab Məhkəməsi tərəfindən çıxarılıb.

Xəbər verilir ki, söhbət xanım Rafsanjani-nin ölkənin ədliyyə rəhbəri barədə söylədiyi şərhlərdən gedir.

Rafsanjani-nin kiçik qızı Faezeh və ortancıl oğlu Mahdi də 2009-cu ilin mübahisəli prezident seçkilərinin ardınca müxtəlif ittihahamlarla həbsxanada olublar.

Rafsanjanilər ailəsi ittihamları rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG