Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 15:15

Suriya münaqişəsində iştirak edən Britaniya vətəndaşları həbs edilirlər


Foto (Arxiv)
Foto (Arxiv)
Britaniya Ali Rütbəli Polis Zabitləri Assosiasiyasının sədri Peter Fahy bildirib ki, Suriya müharibəsinə könüllü kimi gedən Britaniya vətəndaşları ölkəyə qayıdarkən həbslə üzləşə bilərlər.

Cənab Fahy deyib ki, sayları getdikcə artan və əsas etibarilə gənclər və yeniyetmələr olan bu şəxslər Britaniya üçün potensial risk sayılırlar.

Xəbər verilir ki, Britaniya polisi artıq bu ilin ilk ayında 16 nəfəri həbs edib. Onların arasında 17 yaşı olanlar da var. Müqayisə üçün bildirilir ki, bütün ötən il ərzində 24 Britaniya vətəndaşı Suriya qayıdarkən həbs olunub.

Onlardan 20-sinin Britaniya vətəndaşlığı əllərindən alınıb.

Cənab Fahy BBC radiosuna müsahibəsində deyib ki, bu adamlar Britaniya üçün ciddi təhlükə təşkil edirlər, çünki Suriyada terror təlimi keçiblər.

O izah edib ki, elə hava limanındaca həyata keçirilən həbslər məhz bununla bağlıdır.
XS
SM
MD
LG