Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:09

Səttarxan haqda roman farscadan çevrildi


-

"Qanun" nəşriyyatı İran yazıçısı Qulamhüseyn Saidinin "Top" romanını farscadan Azərbaycan dilinə çevirib.

Təbrizdə, Səttarxanın başçılıq etdiyi inqilabçılar Teh­ran hökumətinə qarşı döyüşür. Arazboyunda yaşa­yan elat Şahsevən tayfalarının kimin tərəfində çıxış etməyindən çox şey asılı olduğuna görə, Təbriz məş­rutəçiləri onları öz tərəfinə çəkmək üçün Meşkinli Molla İmamverdini ora yollayır.

Lakin Tehran hökuməti də Şahsevənlərin inqilabçılara qoşulmasından qorxur və elatlıların gözünü qorxutmaq üçün Dolmaçovun rəhbərliyi altında bir alay atlı qazağı böyük kalibrli Şaranpel TOP-la birlikdə bölgəyə göndərir. Hərbi texnikanın yeni nailiyyəti olan bu böyük kalibrli uzaqvuran TOP Şahsevənləri qorxutmalı, hətta lazım gələrsə kəndlərini, obalarını darmadağın etməli idi.

Mahala gətirilən Şarapnel TOP-u barədə söz-söhbətlər Şahsevənlər arasında vahiməli şaiyələr yaradır, onsuz da biri-biriylə yola getməyən tayfaları bir qədər də məyus edir.

Bəs, görəsən, sonda qalib gələn hansı tərəf olacaq – vahiməli əjdahaya bənzər alovsaçan TOP, yoxsa Şahsevənlərin döyüşkən ruhu? Və görəsən, bu TOP, nəhayət, atəş açacaqmı?

Tərcümə: Nigar Xiyavinindir.

20-ci əsr İran nəsri və dramaturgiyasının ən önəmli simalarından olan Q.Saidi 1936-cı ildə Təbrizdə doğulub. Yeniyetmə ikən Azərbaycan Demokrat Firqəsinin gənclər təşkilatına qoşulub. Jurnalist kimi fəaliyyət göstərib. 1953-cü ildə firqə ilə əməkdaşlığa görə həbs edilib. Ətraflı burda oxu.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG