Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:12

«Cəbhə xəttində gərginliyə görə Ermənistan məsuliyyət daşıyır» - XİN


Azərbaycan Xarici İşlər Nazirliyi

Azərbaycan Xarici İşlər Nazirliyi

-
«Cəbhə xəttində yaşanan gərginliyə görə bütün məsuliyyət Azərbaycanın ərazisini işğal edən Ermənistanın üzərinə düşür».

Xarici İşlər Nazirliyinin yanvarın 25-də yaydığı açıqlamada belə deyilir.

Nazirlik bildirir ki, vəziyyəti məqsədyönlü gərginləşdirən Ermənistanın indi «etimad quruculuğu» və «sülh»dən danışması diqqəti hadisələrin həqiqi mahiyyətindən yayındırmaq məqsədi daşıyır:

«BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, BMT Nizamnaməsinə və beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarının işğalını davam etdirməsi münaqişənin sülh yolu ilə həllinə və regionda sülhün bərqərar olmasına başlıca maneədir».

Nazirlik hesab edir ki, münaqişənin həllinə nail olmaq üçün ilk növbədə Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.

«Bu regionda sülh və sabitliyin bərqərar olunması üçün ən qısa və səmərəli yoldur» - XİN-in bəyanatında deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG