Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:49

Ukrayna milisi girovları buraxmağı tələb edir


-
Ukrayna Daxili İşlər Nazirliyi xəbərdarlıq edir ki, girov götürülmüş iki milis əməkdaşı azad olunmayacağı halda müxalifətin tutduğu Kiyev şəhər administrasiyasına hücum ediləcək.

Bu barədə hüquq-mühafizə orqanlarına istinadən Interfax agentliyi məlumat yayıb.

Müxalifət nazirliyin adından yayılan bu məlumatı təxribat sayır.

Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, yanvarın 24-də «Maydan»dakı özünümüdafiə qüvvələri üç milisə hücum ediblər.

Onlardan biri bıçaqlanıb, iki milis isə girov götürülüb. Nazirlik «Berkut» xüsusitəyinatlılarından birinin də öldürüldüyünü bildirir.

«Ukrainskaya pravda» qəzetinin yazdığına görə, Qruşevski küçəsindəki qarşıdurma yanvarın 25-i səhər saatlarında dayanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG